Molla Nəsrəddin jurnalının 110 illik yubileyi

02.11.2016-cı il tarixdə məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Əliyeva “Molla Nəsrəddin” jurnalının 110 illik yubileyi münasibətilə VII – X sinif şagirdlərinin iştirakı ilə tədbir keçirmişdir. Tədbirdə “Molla Nəsrəddin” jurnalının yaranması, ətrafına topladığı ziyalılar, jurnalın məramı, toxunduğu problemlər haqqında məlumat verilmiş, şeirlər ifa olunmuşdur. Göstərilən səhnəciklər xüsusi maraqla qarşılanmışdır. Şagirdlərin “Molla Nəsrəddin” jurnalı ilə əlaqədar çəkdikləri rəsmlərdən ibarət tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyevanın təşkil etdiyi rəsm sərgisi də hamının marağına səbəb olmuşdur. Tədbirin sonunda çıxış edənlər iştirakçılara təşəkkürlərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi