Səmərəli məktəb yaradaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Səmərəli məktəb yaradaq” layihəsi 20.10.2016-cı il tarixdə məktəb rəhbərliyi və kollektivin birgə səyi nəticəsində baş tutdu. Layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla izlənilib tətbiq edilməsi idi. Məktəbimizdə təşkil olunmuş təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və gözlənilən nəticələrdən danışıb. Həmçinin təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova və məktəbimizin rəhbəri Ülvi Məmmədov da öz fikirlərini bölüşüb məktəb uğurlarından danışaraq qarşıdan duran məsələlərə toxunub.Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib. Həmçinin foyedə təşkil olunan sərgi ilə yaxından tanış olub və sonda hörmətli qonaqlarla xatirə şəkili çəkilib. Mövzular ətrafında fikir mübadiləsi apararaq yekunlaşan sessiyalar hər kəsdə xoş təəssürat yaratdı!