5 oktyabr- Beynəlxalq Müəllimlər Günü
“Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir” bu məsuliyyətli vəzifəni əsas tutaraq kollektivimizin müəllim heyətini şərəfli və məsuliyyətli peşə olan Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edirik!Həmçinin 05.10.2016-cı il tarixdə məktəbimizdə Pedaqoji şuranın növbəti iclası keçirildi və gündəliydə olan mühüm məsələlər müzakirə olundu. Bununla yanaşı məktəbin rəhbəri Ülvi Məmmədov 2015/16-cı tədris ilində müəllimlərin əməyini dəyərləndirərək onlara fəxri fərmanlar təqdim edib, işlərində uğurlar arzuladı. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra müəllimlər üçün təşkil olunmuş çay süfrəsində bayram tədbiri davam etdi.Hər bir nailiyyət adımızdır, yeni nailiyyətlər arzusu ilə əziz müəllimlər!