"Ulu bir sərkərdə, ulu bir öndər"
06.05.2016-cı il tarixdə məktəbimizdə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Ulu bir sərkərdə, ulu bir öndər" adlı tədbir keçirildi. Məktəbin foyesində tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyevanın rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanmış əl işləri ulu öndərin keçdiyi həyat yolunu əks etdirən divar qəzetləri və rəsmlər nümayiş etdirildi. Tədbir məktəbdə akt zalında davam etdirildi.Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədova açıq elan etdi.Məktəbin tarix müəllimi Firəngiz Xəlilova “Heydər Əliyev dövlət xadimi və tarixi şəxsiyyət kimi” mövzusunda çıxış etdi.Ümummilli liderin həyat yolunu əks etdirən video nümayiş etdirildi.Məktəbin V, VII, VIII sinif şagirdləri H. Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim etdilər.Məktəbin xalq çalğı alətləri ansamblının ifasında “Heyratı” səsləndi (solo çalınır).Məktəbin V sinif şagirdi Elxan İsgəndərov “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa Azərbaycan” adlı mahnılarla çıxış etdi.Sonda məktəbin direktoru Ülvi Məmmədov bir daha vurğuladı ki, Azərabycanın xilaskarı, Azərbaycan dövlətinin memarı və qoruyucu, bütün şərəfli ömrünü xalqının səadətinə həsr etmiş H. Əliyev xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacaqdır.