Qiçs xəstəliyi haqqında mümumi məlumat

    Məktəbin tibb bacısı İsmiyeva Minə şagirdləri məlumatlandırmışdı ki, Qazanılmış İmmunçatmazlığı Sindromu xəstəliyi(QİÇS) orqanizmə daxil olduqda heç bir əlamətdə təzahür eləmir.Yalnız qan testində özuünü biruzə verir .Xəstənin heç bir narahatçılığı olmur.Lakin bu dövrdə xəstə başqalarını yoluxdura bilir.
QİÇS necə yoluxa bilir?
1.Qanında bu virusu daşıyan biri ilə normal və ya qeyri normal şəkildə qoruyucusuz cinsi əlaqədə olduqda
2.Hamilə və İİV virusu daşıyan ana hamiləlik vaxtı öz uşağına yoluxdura bilər
3.QİÇS-ə yoluxmuş xəstənin qanı ilə təmasda olan zaman
(orqa nəqli zamanı,diş həkiminin alətləri vasitəsilə)
Xəstəliyin əlamətləri bunlardır ki,xəstəlik orqanizmə daxil olduqdan bir müddət sonra özünü biruzə verir.Qana daxil olan virus əvvəlcə qan hüceyrələrinə ziyan vurur və eritrositlərin sayını azaldır. Daha sonra da aşağıdakı simptomlar meydana gəlir:
İştahsızlıq,arıqlama,hərarətin yüksəlməsi, bədənin bəzi yerlərində xırda yaralar, ağciyər xəstəlikləri,öskürək, limfa vəzilərinin böyüməsi və.s

       Tibbin bu qədər ikişaf etməsinə baxmayaraq xətəliyin müalicəsi tapılmayıb.Xəstənin ömrü bir az uzansın və rahat yaşasın deyə bəzi yüngülləşdirici dərmanlar tətbiq olunur.Xəstə ömür boyu müalicə olunur. Xəstəlik eyni boşqabdan yemək yeyərkən,yanaqdan öpüşərkən,öskürək vasitəsilə,qucaqlaşmaqla yoluxmaz.
Bu virusu daşıyanların bunları bilməsi vəətrafdakı adamları yoluxmadan qoruması daha vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi