Seyran Səxavət

Mayın 8-də 233 nömrəli tam orta məktəbdə tanınmış yazıçı, publisist və Əməkdar incəsənət xadimi Seyran Səxavətlə maraqlı və yaddaqalan görüş keçirildi. Görüş məktəbin müəllim və şagird heyətinin iştirakı ilə baş tutdu. Tədbirin məqsədi şagirdlərə Azərbaycan ədəbiyyatının tanınmış simalarını daha yaxından tanıtmaq, ədəbi düşüncəni inkişaf etdirmək və mütaliəyə marağı artırmaq idi. Yazıçı öz həyat və yaradıcılıq yolundan, ədəbi fəaliyyətindən və ədəbiyyatın cəmiyyət üçün rolundan danışdı. Şagirdlərin suallarını cavablandırdı, onlarla səmimi söhbət apardı. Görüş zamanı məktəbin şagirdləri Seyran Səxavətin əsərlərindən parçalar səsləndirdilər, yazıçıya həsr olunmuş kiçik ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Sonda məktəb rəhbərliyi Seyran Səxavətə təşəkkürünü bildirdi və bu cür görüşlərin şagirdlərin intellektual inkişafında mühüm rol oynadığını qeyd etdi.