Tarix üzrə Birlik Yarışı

Məktəbimizin tarix müəllimi Çinarə İbadovanın təşəbbüsü ilə 5-ci siniflər arasında maraqlı və maarifləndirici "Tarix üzrə Birlik Yarışı" təşkil olundu. Yarışın məqsədi şagirdlərin tarix fənninə marağını artırmaqdır.
Yarışda 5-ci sinif şagirdləri müxtəlif komandalar şəklində iştirak etdilər. Onlar qədim dövrlər, ölkəmizin tarixi, tanınmış şəxsiyyətlər və mühüm tarixi hadisələr barədə suallara cavab verdilər. Yarış boyu şagirdlər öz biliklərini nümayiş etdirməklə yanaşı, həm də komanda ruhunu və birgə fəaliyyət bacarıqlarını ortaya qoydular.
Çinarə İbadova iştirak edən bütün şagirdləri təbrik edərək, bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.
Bu yarış bir daha sübut etdi ki, şagirdlərimiz tariximizi sevərək öyrənir və onu gələcək nəsillərə ötürməyə hazırdırlar.