Nailiyyətlərimiz

Şagirdimiz "Qızıl medal" qazanıbUlu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq Alpaqut döyüşündə MMA sistemi üzrə 30kq arasında keçirilən döyüşdə 7"A" sinif şagirdi Amin Mirzəyev 1-ci yerə layiq görülmüş və "Qızıl medalla" təltif olunmuşdur.

“Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin aprel ayı üzrə qalibi olduqBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin aprel ayı üzrə qalibləri bəlli olub. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması baxımından müsbət əhəmiyyəti nəzərə alınaraq, Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Suraxanı rayonu üzrə 232 nömrəli tam orta məktəb “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olub. Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uğun aparılır

11-ci sinif şagirdləri "Kubok" qazandılarSuraxanı rayonu Gənclər evinin və İdman İdarəsinin təşkil etdiyi orta ümumtəhsil məktəbliləri arasında keçirilən "Vətənini tanı" adlı məntiq və bilik yarışının zona turnirində məktəbimizin 11-ci sinif şagirdləri I yerə layiq görülmüş və Odlar Yurdu Universitetində "Kubok"la təltif olunmuşdur.

HAQQIMIZDA

Suraxanı rayonu ...

BİZİM FƏXRLƏRİMİZ

Təhmasib Məmmədov Həsən

Etibar Bədəlov Sənan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi