Xocalı fəryadı
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 7 “B” sinf rəhbəri Cəlilova Sima “Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı fəryadı” mövzusunda tədbir keçirdi. Məqsəd şagirdlərdə xocalı faciəsini törədən düşmənə nifrət hissi oyatmaq, vətənə olan sərgini artırmaqdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7min əhalisi olan xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Soyqırım nəticəsində 613-nəfər öldürüldü, 1000 nəfər əlildir, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 150 nəfər itkin düşdü.
Şagirdlər slayd hazırlamış “Xocalı fəryadı” adlı kompozisiya ilə çıxış etdilər.
Tədbirdə məktəbin direktoru Səfa Orucəliyev, direktor müavini Günel İsmayılova, müəllim Eldar Məmmədvəliyev iştirak etdi.