Ana Dilim doğma dilim
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat aylığı davam edir. 2 “A” sinif rəhbəri Leyla Orucəliyeva 21 Fevral ana dilinə həsr olunmuş “Ana Dilim doğma dilim” mövzusunda təşkilat saatı keçirdi.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq, yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.
Tədbirdə görkəmli şəxsiyyətlərin dil haqqında dəyərli fikirlərindən, ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıldı.
Şagirdlər öyrəndikləri mahnı və şeirləri, çəkdikləri rəsmləri təqdim etdilər.