Onlayn bilik yarışı
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və Ədəbiyyat fənni üzrə 7“A” , 7“B” və 7“C” sinifləri arasında onlayn bilik yarışı keçirildi.
Məqsəd şagirdlərin Azərbaycan dili və ədəbiyyat fəninə marağı artırmaq şagirdlər arasında sağlam rəqabət yaratmaq, biliklərini tətbiq etmə bacarıqlarını müəyyən etməkdir. Hər sinifdən 6 şagird iştirak etdi.
Yarış 3 mərhələdən ibarətidi. Hər mərhələyə 3 sual təqdim olundu. I və II tur Azərbaycan dili fəninə, III tur ədəbiyyat fəninə həsr olunmuşdur.
Yarışda 7“A” “Nizami”, 7“B” “Nəsimi” və 7“C” “Vaqif” komandaları bilik və bacarıqlarını nümayiş etdirdilər.
Sonda 7“A” “Nizami” komandası yarışda qalib gələrək üzvləri məktəbin fəxri fərmanı ilə təltif olundular.