Ailə dəyərləri

        Məktəbin fəaliyyət planına əsasən ibtidai siniflərdə   "Mənəvi dəyərlərimiz"  həftəsi ilə əlaqədar tədbirlərimiz davam edir.  Məktəbin ibtidai sinif müəllimi Leyla Orucəliyeva   2 “ A” sinfində "Ailə dəyərləri" mövzusunda tədbir keçirdi.
         Məqsəd şagirdləri xalqımızın qədimdən yaranmış ailə dəyərləri ilə tanış etmək, uşaqlarda ailə dəyərlərinə hörmət və ehtiram göstərmələrini formalaşdırmaqdır. Sinif rəhbəri uşaqlara bildirdi ki,  Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Milli dəyərlərimizdən olan "Ailə dəyərləri" Azərbaycan xalqının gündəlik həyatında xüsusi yer tutur. Sevindirici haldır ki,  Azərbaycan ailəsində hələ qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli və müdrik adamlar hesab olunmuş, onlara hörmətlə yanaşılmışdır. Ağsaqqal sözü, öyüd-nəsihəti ailədə, el- obada keçərli olmuş, həmişə xeyir-dua kimi qəbul edilmişdir. Azərbaycan ailəsi hər zaman Vətənin qorunması, bütövlüyü üçün öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.      
      Şagirdlər mövzu haqqında topladıqları məlumatları təqdim etdilər, ailə üzvlərini əks etdirən şəkillər çəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi