" Mənəvi dəyərlər" həftəsi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq ibtidai siniflər üzrə "Mənəvi dəyərlərimiz" həftəsi elan olunmuşdur.

 Məqsəd balaca təhsil alanlarda mənəvi dəyərlər  haqqında bilgilərin artırmaq, onların bu dəyərlər ruhunda həyata hazırlamaqdır.

Mənəvi dəyər- özünün fiziki və mənəvi varlığın qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri dünyagörüş, məqsəd, əxlaq normaları və inanclarıdır.

Milli dəyərlər uzun illər millətin həyət səviyyəsinin yüksəlməsinə xidmət edir, mənəvi milli dəyərlər millətin mənəviyyatının formalaşmasına, zənginləşməsinə kömək edir. Qərb ölkələri şərqin zəngin mənəvi dəyərlər indən istifadə edərək özünün  daha zəngin olan mənəvi milli dəyərlərini yarada bildilər. Buda onların mənəviyyatının saflasmasına zənginləşməsinə səbəb oldu.

Qədim və zəngin milli dəyərlərə malik olan Azərbaycan xalqı bu dəyərləri  sədaqətlə qurumuş əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlıyır. Milli - mənəvi dəyərlərimiz xalqın formalaşmasında , milli dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rolu vardır. Ulu öndər H.Əliyev gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri , əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Həftənin hər bir günündə siniflər arasında bölünmüş , sinif şagirdləri   "Əxlaq dəyərləri" , " Ailə dəyərləri" ,"Dini dəyərlər", " Xeyirxahlıq dəyərləri" və " Vətənpərvərlik və tolerantlıq" mövzularında tədbirlər keçirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi