əxlaqi dəyərlər
Məktəbin 1 “B” sinfində “Mənəvi dəyərlər” həftəsi çərçivəsində “əxlaqi dəyərlər” mövzusuda söhbət aparıldı. Sinif rəhbəri Şəbnəm Balayeva şagirdləri mövzu ilə bağlı məlumatlandırdı.Müəllim bildirdi ki,doğruluq,dürüstlük,hörmət,sevgi,ədalət,vicdan,imkansıza və gücsüzə kömək etmək kimi dəyərlər əxlaq anlayışının əsas xüsusiyyətləridir.Əxlaqi dəyərləri olan nəsil yetişdirmək bir cəmiyyətin ən müqəddəs vəzifələrindəndir.Hər bir şagird gələcək nəslin bir üzvüdür və gələcəyin formalaşmasında mütləq bir təsiri var.Əxlaqın olmadığı bir yerdə qanunlar yetərsiz qalır.Əgər bir şəxs öz mənafeyini bir kənara qoyaraq,mənfi davranışlardan uzaq durub yaxşılığa və doğruluğa yönəlirsə onun əxlaq inkişafı tamdır.
Sonda şagirdlər əxlaq dəyərlərinin həyatımızda nə qədər vacib olduğunu anladılar və bu dəyərləri qoruyub,riayət edəcəklərini bildirdilər.