Mütəfəkkir şair

Təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi məqsədilə məktəbimizdə fənn aylıqları təşkil olunur. Fəaliyyət  planına əsasən fənn aylığı fevral ayında ayında Azərbaycan dili və ədəbiyyatı üzrə təşkil olunub. Aylıq çərçivəsində mövcud vəziyyətlə əlaqədar olaraq distant şəkildə tədbirlər, müsabiqələr təşkil olunur. Məqsəd şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırmaq, onları vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir.

 Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Fəaliyyət planına əsasən məktəbimizdə bu məqsədlə müxtəlif tədbirlər təşkil olunur. 03.02.2021 tarixində 6C sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi N.Rahilə tərəfindən “Nizami Gəncəvi yaradıcılığında mənzum hekayələr” adlı dərs təşkil olundu. Şagirdlərdən H.Afət, N.Vüsal, Ş.Ayxan, K.Elza, K.Şakir Nizami Gəncəvinin “Sultan Səncər və qarı”, “ İsa peyğəmbərin hekayəti”, “Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti”, “Adil Nuşirəvan ilə vəzirin hekayəti”, “Zalım padşahla düz danışan kişinin dastanı” kimi mənzum hekayələri təhlil etdilər. F.Nisə Nizami Gəncəvinin həyat və yaradıcılığı, M.Ədalət isə mənzum hekayələrin yer aldığı “Sirlər xəzinəsi” poeması haqda məlumat verdilər. Dərsin sonunda slayd nümayiş olundu.

Aylıq çərçivəsində belə dərslər davamlı şəkildə təşkil olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi