Ədəbiyyat dərslərində ifadəli oxu texnikasına xüsusi diqqət yetirilir

Ana dilinin tədrisinin və ümumilikdə təhsilin  əsas funksiyalarından  biri şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsidir.  Ucadan ifadəli oxu nitqin  axıcılığının və səlisliyinin inkişafına , sözlərin düzgün tələffüz edilməsinə , erkən yaşlarda uşaqların lüğət ehtiyatının  zənginləşməsinə , auditoriya qarşısında çıxış etmə bacarıqlarının formalaşmasına təkan  verir.  Məktəbimizdə,  xüsusilə,   ədəbiyyat dərslərində online dərslərin avantajlarından yararlanaraq həm ifadəli oxu texnikasının tələblərinə əməl olunur,  həm də şagirdlərin əlavə internet resurslarından istifadə edərək təqdimatlar nümayiş etdirmələrinə   şərait yaradılır.

03.02.2021  - ci il tarixində məktəbin 8 “A” sinfində ədəbiyyat fənnindən Molla Pənah Vaqifin “ Hayıf ki, yoxdur” qoşmasınn tədrisi zamanı qeyd olunan məsələlər nəzərə alındı. Şagirdlər öz təqdimatlarında şeirin təhlili ilə yanaşı  “Molla Pənah Vaqifin məqbərəsi : dünən və bu gün” mövzusuna toxundular.  Şuşanın azad edilməsindən sonra cənab prezident İlham Əliyevin məqbərəni ziyarət etdiyini əks etdirən kadrlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi