Zərərli vərdişlərə yox deyək

Məktəbin fəaliyyət planına uyğun olaraq  8 “A” sinfində biologiya müəllimi Fərqanə Əkbərova və UBR rəhbəri Mədinə İsgəndərova "Zərərli vərdişlərə yox deyək " adlı onlayn görüş keçirdi.

Çıxışlarda qeyd olundu ki, zərərli vərdişlər, asılılıqlar, alüdəçiliklər insan beynində yara kimidir. Onlarin müalicəsi aparılmadıqca o yara sağalmadıqca hansısa qabaqlayıcı hərəkətlər  zərərli vərdişlərin tərgidilməsinə səbəb ola bilməz. Gələcək nəslin düzgün formalaşması, bu vərdişlərdən uzaq durmağın mühüm yollarından biri düzgün təşkil olunmuş maarifləndirmə və təbliğat işidir.

Sonda mövzu ətrafında şagirdlərin apardığı araşdırmalar təqdim olundu. Şagirdlər zərərli vərdişlərin orqanizmə zərərlərindən, yarada biləcəyi xəstəliklərdən, sosial problemlərdən məlumat verdilər.

Məqsəd gəncləri zərərli vərdişlərdən çəkindirmək, onları insan həyatı üçün yaratdıqları təhlükə barədə məlumat vermək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi