Məktəbdaxili qiymətləndirmə
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların məktəbdaxili qiymətləndirmənin aparılmasının müvəqqəti qaydası" na uyğun olaraq məktəbdə məktəbdaxili qiymətləndirmə keçirildi.
Məqsəd şagirdlərin distant dərslərdə öyrəndikləri bilik və bacarıqları müəyyən etmək, növbəti aylarda çatışmazlıqları aradan qaldırmaqdır.
Məktəbdaxili qiymətləndirmə əsasən Teams platforması ilə aparılır.