Onlayn pedaqoji şura keçirildi
Təhsil Nazirliyinin xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə ilə bağlı 18 yanvar 2020- ci il tarixli KQ-01 N-li kollegiya qərarına uyğun olaraq məktəbdə onlayn pedaqoji şura yığıncağı keçirildi.
Məqsəd pedaqoji kollektivi məktəbdaxili qiymətləndirmə ilə bağlı məlumatlandırmaq, qiymətləndirmənin sosial-ədalət prinsipləri əsasında keçirmək, şagirdlərdə akademik dürüstlüyü öyrətmək, və standartlara uyğun şüarlar tərtib etməkdir.
Yığıncağı məktəbin direktor əvəzi Səfa Orucəliyev açaraq pedaqoji kollektivi salamladı. Qiymətləndirmə ilə bağlı təlimatı məktubu, görüləcək işləri müəllimlərin nəzərinə çatdırdı. Sinif rəhbərləri valideynləri, şagirdləri maarifləndirməli, platforma zamanı, Virtual məktəb platformasına üstünlük veriləcəkdir.
Təlim Tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova humanitar fənlərdə həm açıq, həm də qapalı tapşırıqlardan istifadə olunmasından, dəqiq fənlərdə isə açıq suallara üstünlük verilməsini önə çəkdi. Fənn müəllimlərinin dərs dediyi siniflərində qiymətləndirmə nəticələri haqqında yazılı hesabat verəcəklərindən danışdı.
Yığıncağın sonunda müəllimləri maraqlandıran suallar cavablandırıldı.