"Qanlı Yanvar" adlı təşkilat saatı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "A" sinfində Şəhidlərin əziz xatirəsinə həsr olunmuş "Qanlı Yanvar" adlı təşkilat saatı keçirildi. Məqsəd xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, müstəqillik düşüncələrinin formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etməkdir. Sinif rəhbəri Leyla Orucəliyeva yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan nübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğuladı. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi.Şagirdlərə məlumat verildi ki, Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.
Sonda şagirdlər 20 Yanvarla bağlı öyrəndikləri məlumatları, şeirləri və çəkdikləri rəsmləri təqdim etdilər.