Onlayn şagird təqdimatı
Bakı şəhəri İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəbimizdə 44 günlük Böyük Qələbənin şagirdlər arasında təbliği, öyrənilməsi və dövlət siyasətimizə tam dəstəyin əks olunması məqsədilə online şagird təqdimatı keçirildi. Videokonfrans formasında keçirilən tədbirdə 17 mövzu əhatə olundu. Müsabiqədə nümayiş olunan təqdimatlarda şagirdlərin vətən sevgisi, torpaqların düşmən tapdağından mərd oğullarımızın gücü ilə azad olunmasının yaratdığı fəxarət duyğusu hiss olundu. Tədbirdə məktəbin 8-11-ci siniflərində təhsil alan 15 şagirdi, ədəbiyyat və tarix müəllimləri , valideynlər və məktəb rəhbərliyi iştirak etdi. Müsabiqənin qayda və şərtləri bir daha şagirdlərin diqqətinə çatdırıldı. İzah olundu ki, mövzu 3 – 4 səhifə A – 4 vərəqi həcmində olmalıdır. Mövzuya uyğun 3 şəkil yerləşdirilməli və məqalənin çıxışı 4 dəqiqədən artıq olmamalıdır. Mövzular elektron formada hazırlanarkən qrammatik cəhətdən yazılışına,formasına,səliqəsinə, cümlələrin ifadə dolğunluğuna diqqət yetirilməlidir.
Münsiflər heyətinin qərarına əsasən dinlənilən təqdimatlardan 7 a sinif şagirdi Quluzadə Lalənin “Şuşa əməliyyatı-musiqi beşiyinin azad olunması” , 8 “a” sinif şagirdi Quliyeva Səbinənin “Vətən müharibəsi qəhrəmanları” və 9 “a” sinif şagirdi Niftullayeva Aygülün “ Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti” mövzusunda olan təqdimatları müsabiqənin ikinci mərhələsinə — rayon turuna namizəd olaraq seçildi