Fənn olimpiadasının məktəb turu keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Burada əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə maraq artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.
Təhsil Nazirliyinin olimpiada ilə bağlı müvafiq əmrinə əsasən məktəbimizdə VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənləri üzrə olimpiadasının məktəb turu 16.01.2021 tarixində online şəkildə “Microsoft Teams” platformasında təşkil olundu. Müxtəlif fənlər üzrə olimpiadada 50 şagird iştirak etdi. Olimpiadanın gedişinə müəllimlər və məktəb rəhbərliyi nəzarət edirdi. Olimpidanın məktəb turu uğurla tamamlandı.