Şəhidlər ölməz, Vətən bölünməz
Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" F-512 nömrəli BŞTİ-nin F-233 nömrəli əmrlərinə uyğun olaraq məktəbimdə tədbirlər davam etdirilir.
Məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova 7"A" sinifdə "Azad edilmiş" torpaqlarda ermeni vandalizmi mövzusunda onlayn dərs keçirdi.
Məqsəd şagirdlərdə erməni vandallığına, vəhşiliyinə nifrət hissi oyatmaq, Azərbaycan əsgərinin humanist, bəşəri dəyərlərə olan münasibətin nümayiş etdirməkdir.
Ə. Qumrunun "Şuşa, Qubadlı, Ağdamda olan dini və tarixi abidələrimizə ermənilərin göstərdiyi vəhşilik"lə bağlı videoçarx nümayiş olundu.
Q. Nərgiz " Azərbaycan əsgərinin bəşəri dəyərlərə münasibəti" adlı təqdimatla çıxış etdi.
Dərs " Şəhidlər ölməz, Vətən bölünməz" adlı kompozisiya ilə başa çatdı.