Məzun döyüşçülərlə görüş

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi” haqqında 16.11.2020-ci il tarixli F-512 nömrəli  və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrlərinə uyğun olaraq məktəbimizin fəaliyyət planında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir.

Buna uyğun olaraq məktəbdə  "Qarabağ döyüşündə iştirak etmiş məzunlarımızla görüş" adlı silsilə tədbirlərimizin ilk görüşü keçirildi.

  Məqsəd şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, II Qarabağ döyüşündə iştirak etmiş qəhrəmanları, xüsusilə məzun döyüşçülərimizi tanıtmaq , xalq birliyinin bariz nümunəsi olan tarixi qələbənin 30 illik həsrətə son qoymasını göstərməkdir.

 Onlayn konfransı məktəbimizin direktoru Səfa Orucəliyev açaraq məzun döyüşçüləri, valideynləri, şagirdləri, müəllimləri salamladı. 44 gün ərzində müzəffər Azərbaycan Ordusunun, Ali Baş komandan prezident Cənab İlham Əliyevin siyasi iradəsinin və xalqın birliyinin nəticəsində 30 illik həsrətə son qoyulan qələbədən danışdı. Konfrans iştirakçılarını 31-dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdi. Tarix müəllimi Zərxanım Zülfüqarova və ədəbiyyat müəllimi Kəminə Zalova tarixi qələbədə məktəbinin 9 məzunun qəhrəmanlığından danışdı. 2 yaralı məzun döyüşçümüzün yenidən Qarabağda torpaqlarımızı  qorumaqları haqqında məlumat verdilər şagirdlərdən: Səbinə Quliyeva, Eşqin Qurbanlı və balaca Məhəmməd Soltanlı vətənpərvərlik ruhunda öz şagird düsünçələrini bildirdilər.

  Məzun döyüşçü Nihad  Əliyev Cəbrayıl , Füzuli  və Qubadlının azad olunmasında əsgəri borcundan danışdı. Məktəb şagirdlərinə müraciət edərək bildirdi ki, biz 30 il düşmənin qurduğu istehkamları dağıdaraq, torpaqları azad etdik. İndi sizlər yaxşı oxumaqla, vətənin hər qarış torpağını qorumalısınız.

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi