"Səyyahları daha yaxından tanıyaq"
Məktəbin illik fəaliyyət planının 1.4.18-ci bəndinə uyğun olaraq məktəbdə Tarix-Coğrafiya aylığı elan olunmuşdur. Aylıq çərçivəsində coğrafiya müəllimi Vüsalə Məmmədovanın dərs dediyi 6 “A” sinfində "Səyyahları daha yaxından tanıyaq" mövzusunda debat dərs keçirildi.
Məqsəd şagirdlərdə dünya görüşlərini aşılamaq səyyahların əldə etdikləri kəşflər haqqında daha yaxından tanış olmaqdır.
Şagirdlərin bilik səviyyəsini yüksəltmək üçün səyyahların keçdiyi yol xəritələri təhlil olundu.
Tarix-Coğrafiya aylığına sabah yekun vurulacaq.