Lütfüzadə adına 5-ci Məntiq olimpiadasının məktəb turu keçirildi
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək üçün Təhsil Nazirliyi tərəfindən müxtəlif yarışlar, müsabiqələr təşkil olunur.
Ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə Lütfizadə adına Məntiq Olimpiadası təşkil olunur. Ənənəyə uyğun olaraq 20.12.2020 tarixində Lütfüzadə adına 5-ci Məntiq olimpiadasının məktəb turu keçirildi. Müsabiqədə məktəbimizdən VI və VII sinif şagirlərindən 36 nəfər iştirak etdi. Məktəbin nəzarəti ilə təşkil olunan mərhələdə 7 “A” sinif şagirdi Lalə Quluzadə 76 bal toplayaraq rayon turu mərhələsinə vəsiqə qazandı.