Şəhidlər ölməz, Vətən bölünməz
Məktəbin fəaliyyət planına uyğun olaraq tarix və coğrafiya aylığı davam edir.
15 dekabrda 8 "B" sinfində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi.
Məqsəd İkinci Qarabağ müharibəsində canından keçmiş şəhidlərimizi xatırlamaq, heç unutmamaqdır. Məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova mövzu ilə bağlı məlumat verdi. O, qeyd etdi ki, İkinci Qarabağ müharibəsi təzə başa çatıb. Bu müharibə 2783 nəfər igidin canı bahasına yüzlərlə yaralının, itginin sayəsində qazanılıb. Bəli, Vətən oğulları lazım gələndə gözlərini qırpmadan ölümün üstünə dik getməyi bacardılar. Şanlı Zəfər tarixi yazdılar canlarından keçdikləri Azərbaycana!
Sonra şagirdlərə söz verildi. Turan Poladlı şəhid İntiqam Abbasov haqqında həm geniş məlumat verdi, həm də şəhidin keçdiyi döyüş yoluna aid şəkillər nümayiş etdirdi. Rəqsanə Quliyeva Arif Qeybiyev haqqında, Aysun İbrahimova Xudayar Yusifzadə dastana dönən igidimiz haqqında, Nahid Elləzov Abbasov Ağaqardaş haqqında, Lalə Novruzova isə əfsanəvi qəhrəman Polad Həşimov haqqında ətraflı məlumat verdi.
Bir daha qeyd olundu ki, "Torpaq uğrunda ölən varsa vətəndir" deyimi bu müharibədə bir daha öz təsdiqini tapdı.