Online dərslərdə inteqrasiya
Xalqımızın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, milli mənəvi dəyərlərinin şagirdlərə mənimsədilməsi müasir təhsilin ən mühüm tələbidir. Bütün fənlərin tədrisində bu məsələyə diqqət yetirilsə də, humanitar fənlərdə bu məsələ daha ön plana çıxır. Keçilən mövzuların günün hadisələri ilə əlaqələndirilməsi online dərslərdə İKT – nin imkanlarından istifadə yolu ilə daha səmərəli nəticələr əldə etməyə imkan verir. Şagirdlər müxtəlif slaydlar nümayiş etdirir, hazırladıqları videoçarxlarda və fotoroliklərdə öz fikirlərini daha rahat ifadə edirlər. Bu müxtəlif mövzuların inteqrasiyasına da şərait yaradır.
Bu baxımdan, məktəbin müəllimi Zalova Kəminənin rəhbərliyi ilə 8 "a" sinfində Azərbaycan dili fənnində “Muğan” mövzusunun tədrisi zamanı, 7"c" sinfində ədəbiyyat fənnindən “Odlu qılınc” hekayəsinin tədrisi zamanı şagirdlərin fəallığı təqdirə layiq hal kimi qiymətləndirilə bilər.