Qarabağ şagirdlərin gözü ilə

Məktəbin fəaliyyət planına əsasən riyaziyyat müəllimləri Vəliyeva Şahpəri və Məsimova Pərvanə 6-cı sinif şagirdləri ilə "dəyirmi masa" təşkil etdilər. Adətən şagirdlərini riyaziyyatın işığı ətrafında toplayan müəllimlər bu dəfə 28 illik əsarətdən azad olmuş torpaqlarımızdan söhbət açdılar. “Qarabağ şagirdlərin gözü ilə” adlı debat dərsdə şagirdlərimiz azad olunmuş torpaqlarımızdan fəxrlə, qürurla danışdılar. Əsgər övladı olan 6A sinif şagirdi İsmayılova Xədicə atalarının yolunu gözləyən övladlarının dilindən “Ata, zəfərlə qayıt!” adlı şeiri təqdim etdi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktör müavini İsmayılova Günel, 6a sinfinin rəhbəri Cabbarova Nərminə, 6c sinfinin rəhbəri Məmmədli Aytən iştirak etdilər.Tədbirdə C. Nərminə müəllim Zəngilan rayonunun sakini kimi keçmiş xatirələrini şagirdlərlə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi