STEAM dərsləri praktiki iş
6a və 6b sinfində STEAM dərslərini tədris edən Sima Cəlilova Kağız körpü mövzusunda praktiki iş keçdi.
STEAM dərslərində distant təhsilə 6a sinfindən 8 şagird və 6b sinfindən 6 şagird dərslərə qatıla biliblər, digər şadirdlərin internet problemi olduğundan onlar dərslərə qatıla bilməyiblər, buna baxmayaraq keçirilən mövzular haqqında digər proqramlarla dərsə qatıla bilməyən şagirdlərə məlumatlar və layihələr təqdim edilb.
Tədris müddətində maraqlı və mənalı fəaliyyət düzənləyərək, şagirdlərin motivasiyasını artırmağa diqqət olunub. Tapşırılan mövzulara daha maraqlı yanaşmalarını istiqamətləndirmiş, yaradıcı düşünmələrinə və problemləri həll etmə bacarıqlarının artırılmasına kömək edilib. Hazırlanan layihələr əsasında şagirdlər əylənərək öyrənirlər və digər tərəfdən də texnoloji biliklərini artıraraq yeni layihələrə imza atacaqlarına fənn müəllimi əmin olduğunu söylədi.