Açıq dərs keçirildi

Dərs prosesinin şəffaflığını təmin etmək, müəllim peşəkarlığını izləmək, pedaqoji   əməkdaşlığı gücləndirmək məqsədilə məktəbimizdə müxtəlif tipli tədbirlər həyata keçirilir. Dərsdinləmələr, açıq dərslər, metodiki söhbət və müzakirələr müəllimlərin öz fəaliyyətinə daha ciddi yanaşması tədris keyfiyyətinin artırılması baxımından müsbət nəticələr verir.
                Növbəti açıq dərs Zalova Kəminənin Azərbaycan dili fənnini tədris etdiyi 7 “A” sinfində həyata keçirildi.
              "Ədat və onun məna növləri" mövzusu 4.1.2 standartı vasitəsilə reallaşdırıldı. Fərdi və qruplarla həyata keçirilən dərs prosesində klaster, beyin həmləsi və müzakirə üsullarından istifadə olundu. Proyektor vasitəsilə nümunələr üzərində iş aparıldı.
             Dərsin Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində təsadüf etməsini nəzərə alaraq müəllim icra edilən qrammatik tapşırıqlarda, göstərilən nümunələrdə həmin hadisələrə toxunmağı təklif etdi. Sonda şagirdlərdə təlim məqsədinə uyğun olaraq ədatların məna növlərini fərqləndirə bildiklərini nümayiş etdirdilər. Yaradıcı tətbiqetmə zamanı şagirdlər slaydlarda nümayiş olunan vətənpərvərlik mahnılarında ədatları seçdilər. Şagirdlərin iştirakı ilə qiymətləndirmə aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi