Şagirdlər Memorial Soyqırımı Muzeyində
Məktəbin illik fəaliyyət planına uyğun olaraq GÇH müəllimi Təbriz Əliyev və bir qrup şagird Memorial Soyqırımı Muzeyinə ekskursiya etdi. Azərbaycan xalqının qan yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən muzey ağır bir tarixi hadisəni özündə əks etdirir.
Şagirdlər muzeyin tarix, deportasiya-repressiya, soyqırım və terror bölmələri və xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə tanış oldular.