Açıq dərs keçirildi

       Azərbaycan Respublikası Təhsil nazirliyinin 30 avqust 2019- cu il tarixli F-531 N-li əmrinə və məktəbin illik planına uyğun olaraq 3 “B” sinif rəhbəri Mərziyyə Əliyeva riyaziyyat fənnindən "Kütlənin ölçülməsi" mövzusu üzrə keçirdiyi açıq dərsdə 4.2.2 (Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir), 4.2.3 (Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir) standartlarını reallaşdırdı. Dərsin məqsədi kütlə vahidləri arasındakı əlaqələrdən düzgün istifadə etməyi, müxtəlif əşyaların kütlələrini müqayisə etməyi öyrətmək, müxtəlif növ tərəzilərin göstəricilərini oxumaq və onlardan harada istifadə etməyi, kütlə vahidləri arasında qarşılıqlı çevirmələri yerinə yetirməyi öyrətməkdir. Şagirdlər qruplara bölünərək verilən tapşırıqları yerinə yetirdilər. Sonra qruplar işlərini təqdim etdilər, müəyyən olunmuş meyarlara görə qiymətləndirildilər. Dərsdə ibtidai sinif müəllimləri də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi