“Xocalı- yaralı balam mənim ” adlı tədbir keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmrinin ,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.02.2020-ci il tarixli F-73 nömrəli əmrinin və məktəbin illik fəaliyyət planının 1.3.24-cü bəndinə uyğun olaraq 3 “C” sinif rəhbəri Aysu Məmmədlinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı-yaralı balam mənim ” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərə 26 fevral 1992-ci ildə azərbaycanlılara qarşı törədilən erməni vəhşiliyindən, canını qurban verən mayor Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdən, o vəhşiliyi çəkilişə alan jurnalist Çingiz Mustafayevin qəhrəmanlığından məlumat verdilər. Tədbirin sonunda “ Ağla Xocalım, ağla”, “Xocalım, ay Xocalım ” və.s bu kimi həmin gecənin ağrılarını təsvir edən seirlər səsləndirildi. Məqsəd xalqımızın qanla dolu tarixi günlərini şagirdlərə xatırlatmaq, onlarda Vətənə sevgi düşmənə nifrət hissi yaratmaqdır.