Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar açıq dərs keçirildi

       Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmrinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.02.2020-ci il tarixli F-73 nömrəli əmrinin və məktəbin tədbirlər planının 1.3.27-ci bəndinin icrası məqsədilə “Xocalı soyqırımının 28- ci il dönümünün keçirilməsi” ilə əlaqədar 6 “B” sinfində “Xocalı qan yaddaşımızdır” mövzusunda açıq dərsi keçirildi. Dərsin məqsədi Xocalı faciəsi haqqında şagirdləri məlumatlandırmaq, tarixi hadisələrə düzgün münasibət bildirmək, xalqımızın Qan yaddaşı olan Xocalı soyqırımı şəhidlərinin xatirəsinin anılması və Qarabağın tarixini şagirdlərə öyrətməkdir. Açıq dərs xocalı şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başladı. Şagirdlər Nuray, Şəms, Fatimə, İlknur, Emin, Dilbər, Ramilə və Nübarın Xocalı faciəsinə həsr etdikləri şeirləri səsləndirdilər, o gecənin əks etdirən videoçarxa baxdılar. Şagirdlər bu qanlı faciəyə öz münasibətlərini bildirdilər. Açıq dərsdə sinfin ədəbiyyat müəllimi Eldar Məmmədvəliyev və Aytən Məmmədli də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi