“Xocalı” uşaqların gözü ilə rəsm müsabiqəsi keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq təsviri incəsənət müəllimi Ruhəngiz Hüseynovanın rəhbərliyi ilə məktəbdə “Xocalı” uşaqların gözü ilə rəsm müsabiqəsi keçirildi.
Məqsəd şagirdlərdə faciələrimizin baiskalı düşmənə nifrət oyatmaq, vətənpərvərlik hisslərin gücləndirmək və yaradıcı uşaqları üzə çıxarmaqdır.
Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasılmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabər olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq, Xocalı şəhidlərinin xatirəsini ehtiramla hər zaman anacağıq. Rəsm müsabiqəsində şagirdlərdən Şövkət, Aysu, Fatimə fərqləndirdilər. Fərqlənən şagirdlər fəxri-fərmanlarla təltif olundular.