"Beynəlxalq Ana Dili" nə həsr olunan tədbir keçirildi

      Məktəbdə keçirilən tədbirlərin mühüm xətlərindən biri şagirdlərə milli özünüdərk, milli düşüncə və təfəkkür, o cümlədən milli iftixar hisssinin aşılanmasıdır. Bu məqsədlə  xalqımızım tarixində mühüm əhəmiyyətə malik olan tarixi günlər müxtəlif fənn birləşmələrinin təşkilatçılığı ilə qeyd  olunur. 21 fevral “Ana Dili Günü” nün təntənəli şəkildə qeyd olunması da artıq məktəbimizdə ənənə şəklini almışdır. Zəngin ifadə tərzinə malik, həm poeziya, həm nəsr, həm də elm dili olan Ana dilimizin şagirdlərə sevdirilməsi təkcə Azərbaycan dili və ədəbiyyat müəllimlərininn deyil, bütün pedaqoji heyətin əsas vəzifə bacarıqlarından biridir. Bugünkü tədbirdə də məhz  bu cəhət təbliğ olunurdu. Müəllimlərin  rəhbərliyi ilə şagirdlərin hazırladıqları kompozisiya, səhnəcik, və musiqi nömrələri tamaşaçıların  dərin marağına səbəb oldu. Xüsusilə,  Cəlil Məmmədquluzadənin felyetonları əsasinda  7 “A” sinif şagirdlərindən K.İsanın, S.Ağamehdinin, A. Mustafanın, 8  A sinif şagirdlərindən İ. Zəhranın və R.Muradın təqdim etdikləri səhnəciklərdə şagirdləin milli varlığımızın sübutu olan dilimizin saflığını qorumağın vacibliyini dərk etdilər.  5 “A” sinif şagirdi və 6 “C” sinif şagirdlərindən ibarət xorun  təqdim etdikləri musiqi nömrələri tədbirə xüsusi rəng qatdı. 10 “A” sinif şagirdi Ə. Aidənin və 10 “B”  sinif şagirdi  Q. Nigarın Ana dil barədə  mülahizələri  aşağı sinif şagirdlərinə tövsiyə kimi səsləndi.

    Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə bərabər, çıxış edən məktəbin direktoru   Əzizova  Məhluqə xanım  millətin dilinin dövlət, statusuna yüksəldilməsinui qürurverici hadisə kimi qiymətləndirdi. Şagirdlərə millətin varlığının təsdiqi olan dilimizi qorumaq, onu başqa xalqlar arasında təbliğ etmək tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi