"ANA DİLİMİZİ SEVƏK,SEVDİRƏK "

Məktəbin fəaliyyət planına uyğun olaraq "Beynəlxalq Ana dili " günü ilə əlaqədar 3 "B" sinifində sinif təşkilat saatı keçirildi. Sinif rəhbəri Mərziyyə Əliyeva bu günlə bağlı şagirdlərə maarifləndirici məlumat verdi. Tədbirin məqsədi şagirdlərdə doğma dilinə qarşı sevgi və rəğbət hissini gücləndirmək, onu mükəmməl şəkildə öyrənməyin vacibliyini göstərmək, digər dillərə də hörmət bəsləməyi təlqin etməkdir. Şagirdlər dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən mühüm vasitə olduğunu, hər bir kəsin öz ana dilini bilməyə borclu olduğunu dünya görüşünün genişlənməsində vacib rol oynadığını öz şeirləri, mahnıları, dilimiz haqqında kəlamları ilə bəyan etdilər .Tədbirdə ibtidai sinif müəllimləri, UBR-rəhbəri, psixoloq iştirak etdilər. Tədbir maraqla izləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi