Xocalı soyqırımının qurbanları yad edildi

Xocalı soyqırımının qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri  çatdırmaq, doğma vətənə sevgi məhəbbət hissələrini aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə 2 “A” sinif rəhbəri Nərmin Hümbətovanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı  hekayəli” abidəsini ziyarət edən ikincilər Xocalı faciəsinin qurbanlarının 28-ci il dönümünü bir dəqiqəlik sükutla yad etdilər, abidənin önünə  qərənfillər qoydular. Sinifdə təşkilat saatı keçirdilər. Şagirdlər əllərində Xocalı soyqımının dəhşətlərini əks etdirən şəkillərlə o gecə haqqında məlumatlar verdilər, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi