"Qarabağın tarixini öyrənirik" adlı məktəblərarası Breyn-Rinq keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirinin 30 avqust 2019 – cu il F – 531 nömrəli əmrinin icrası məqsədi ilə tədbirlərimiz davam edir. Xocalı faciəsinin 28 – ci il dönümünə həsr olunmuş “Qarabağın tarixini öyrənirik” adlı bilik yarışı məktəblərarası Breyn – Rinq keçirildi. Breyn – Rinq – də Suraxanı rayonu 84, 87, 226, 232, 316, 140, 208 nömrəli məktəblərinin komandaları iştirak etdi.
Məqsəd: Azərbaycanın dilbər guşəsi olan Qarabağın qədim tarixi və zəngin mədəniyyəti, müxtəlif dövrlərdə Qarabağdakı siyasət, Qarabağa ermənilərin köçürülməsi, ermənilər tərəfində törədilmiş kütləvi qırğınlar, deportasiya və soyqırımları haqqında şagirdləri maarifləndirmək, gənclərdə vətəndaşlıq mövqeyinin formalaşdırılması, dünyagörüşünün artırılması, milli iftixar hissinin gücləndirilməsi və məktəblərarası əməkdaşlığın təkmilləşdirilməsidir. 232 nömrəli məktəbin direktoru Məhluqə Əzizova tədbiri açıq elan edərək komandaları salamladı. Onlara uğurlar arzuladı. Ümummilli lider Heydər Əliyevin, Respublikamızın Prezidenti İlham Əliyevin torpaqlarımızın  işğaldan azad edilməsi istiqamətində həyata keçirdikləri tarixi əhəmiyyətə malik tədbirlər haqqında şagirdlərə məlumat verdi. Bildirdi ki, Dağlıq Qarabağ bizim doğma, əzəli torpaqlarımızdır. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın! Yarış 3 turdan ibarət oldu. Komandalara Qarabağın tarixini əks etdirən suallar verildi.Qalib komandalar  I, II, III dərəcəli Diplom, digər komandalar Təşəkkürnamə ilə təltif olundu. I yeri 316 nömrəli məktəb “Şuşa”  komandası, II yeri 232 nömrəli məktəb “Xocalı” komandası, III yerə 327 nömrəli məktəktəbin Təfəkkür komandası layiq görüldü.  Tədbirdə məktəb rəhbəri, tarix müəllimləri, şagirdlər və valideynlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi