Nümunəvi açıq dərs keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli  F-531 N-li əmrinə və məktəbin illik fəaliyyət planına uyğun olaraq  3 "A" sinif rəhbəri  Sevinc Məmmədova  riyaziyyat fənnindən  "Uzunluğun ölçülməsi" mövzusu üzrə keçirdiyi açıq dərsdə 1.3.3. (Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir) və 4.2.2. (Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir)  standartlarını reallaşdırdı. Dərsin məqsədi şagirdlərin  uzunluq ölçüsü vahidlərini həyatla əlaqələndirib, tapşırıqlarda tətbiq etməsidir. Şagirdlər qruplara bölünərək verilən tapşırıqlarda ölçmələri təxmini və dəqiq hesabladılar. Sonda qruplar işlərini təqdim etdilər. Şagirdlər dərs boyunca əməkdaşlıq  nümayiş etdirdilər , müəyyən olunmuş meyarlara görə qiymətləndirildilər. Dərsdə ibtidai sinif müəllimləri iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi