“Mənim bədii təxəyülüm”
Məktəbin fəaliyyət planına uyğun olaraq “Mənim bədii təxəyülüm” adlı yaradıcı şagirdlərlə tədbir keçirildi. Məqsəd istedadlı uşaqları üzə çıxarmaq və fəaliyyətlərini formalaşdırmaqdır. Tədbirdə iştirak edən şagirdlər müxtəlif tarixi hadisələrə, milli mənəvi dəyərlərə, insani hisslərə subyektiv münasibəti əks etdirən yaradıcılıq nümunələrini təqdim etdilər. Həm nəzm, həm nəsr nümunələrini əks etdirən bu parçalarda şagirdlərin hadisələrə baxış tərzi, obrazlı şəkli hiss olunurdu.
Şagirdlərdən 6 “A” sinif D.Kənan, F.Tacir, İ.Rüstəm, Kənan, V.Elvin, N.Fəxri, 6 “B”M.Şəms və 6 “B” sinif şagirdi Y.İlknur Xocalı adlı seirləri ilə fərqləndilər. Kitabxana müdiri Aytən Məmmədova və azərbaycan dili və ədəbiyyat müəllimi Eldar Məmmədvəliyev şagirdlərə bəddi əsər yazarkən diqqət yetirməli məqamlar barədə tövsiyyələr verdilər.