“Qız məktəbində” əsəri üzrə tamaşa-viktorina keçirildi

    Məktəbin fəaliyyət planına uyğun olaraq 5 “C” sinfində Hüseyn Cavidin “Qız məktəbində” əsəri adlı tamaşa-viktorina keçirildi. Şagirdlər əsərdəki obrazları canlandırmaqla yanaşı, daha sonra bu obrazları təhlil etdilər. Əsərdən çıxış edərək şagirdlər biliyin, savadın ən böyük sərvət olduğunu müəyyənləşdirdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimi Rahilə Novruzlu, Kitabxana müdiri Aytən Məmmədova əsərin müəllifi Hüseyn Cavid və yaradıcılığı haqda məlumat verdilər. Daha sonra Hüseyn Cavid haqda video slayd nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi