"Məntiqi və riyazi təfəkkürün inkişafı"
Məntiqi və riyazi təfəkkürün inkişafı yaddaşın, nitqin, təxəyyülün, emosiyanın inkişafına kömək edir. Riyaziyyatın mühüm sahələrindən olan həndəsi fiqurlarla tanışlıq uşaqlar üçün xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər hazırlıq qrupunda uşaqlar həndəsi fiqurlardan dairə, üçbucaq, dördbucaq və kvadratla tanış olurlar.
O "B" məktəbəhazırlıq qrupunun sinif rəhbəri Sevinc Məmmədova "Məntiqi və riyazi təfəkkürün inkişafı" məşğələsində şagirdlərin həndəsi fiqurları, rəqəmləri tanımağı, saymağı öyrənməsi üçün 2.3.1. ( əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir) 2.3.2.( Əşyaları formasına, ölçüsünə və sayına görə qruplaşdırır) standartlarını reallaşdırdı. Məqsəd şagirdlərin ədədləri əyani vəsaitlərin, şəkillərin köməyi ilə modelləşdirməsi, əşyaların forma və fərqləndirici əlamətlərini müəyyən etmə bacarıqlarının aşılanmasıdır.