"Xocalıda son gecə" adlı film nümayiş etdirildi
Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Düşmənin məqsədi qədim Xocalını yer üzündən birdəfəlik silmək idi. Xocalı elə bir yaşayış məskəni idi ki, o Azərbaycanın tarixinin qədim dövrlərdən müasir dövrlərə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Ona görə də düşmən insanlığa sığmayan vəhşiliyi etdi. Ən dəhşətlisi 63 azyaşlı uşaq, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirdi. Xocalı faciəsinin epizodları insanı dəhşətə gətirir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımına belə münasibət bildirmişdir: Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixin ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Xocalı soyqırımı qurbanlarını yad etmək məqsədilə "Xocalıda son gecə" adlı film nümayiş etdirildi. Tədbirdə Azərbaycan dili müəllimləri, psixoloq Heyran Səfərova, Uşaq birliyinin rəhbəri Mədinə İsgəndərova iştirak etdi.