Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibəti ilə tədbir keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan ədəbiyyatının korifeylərindən olan Ə.Haqverdiyevin 150 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə əsas məqsəd şagirdlərdə Azərbaycan ədəbiyyatı və ictimai fikri tarixində özünəməxsus rol oynayan  Ə.Haqverdiyevin yaradıcılığına maraq oyatmaq, bədii mütaliəni gücləndirmək, diskussiya və müzakirələrdə sərbəst fikir yürütmə bacarığı yaratmaqdır. Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova Haqverdiyevin yaradıcılığı ilə bağlı məlumat verdi, onun ədəbiyyatımıza və mədəniyyətimizdə dərin iz buraxan fəaliyyətindən söz açdı. Məktəbin kitabxana müdiri Aytən Məmmədovanın uşaqlarla birgə hazırladığı slayd şagirdlərin marağına səbəb oldu. 8 “A” sinif şagirdlərindən Ö,Aysəba, İ.Ləman, R.Murad, Z.Toğrul, A.Zaur, A.Nicatın iştirakı ilə səhnələşdirilən “Bomba” hekayəsi şagirdlər tərəfindən xüsusi rəğbətlə izlənildi. Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlının ifasında “Ovçu Qasım” hekayəsi səsləndirildi. Şagirdlərdə dinləyib – anlama qabiliyyətini yoxlamaq məqsədi ilə yığcam sorğu təşkil olundu. Ə.Haqverdiyevin əsərlərinin motivləri əsasında çəkilmiş “Papaq” filmindən kadrlar nümayiş olundu. Sonda məktəbin direktoru Məhluqə Əzizova tədbirin Beynəlxalq Kitab Günündə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi və şagirdlərə mütaliəni artırmağı, onu vərdişə çevirməyi tövsiyə etdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi