Mütailəni həyat tərzinə çevirək
Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 №li əmrinin icrası məqsədilə və məktəbin fəaliyyət planına uyğun olaraq 12.02.2020 ci il tarixində məktəbin kitabxana müdiri Məmmədova Aytən Fəxrəddin qızının təşkilatçılığı ilə məktəbimizin vıı –vııı sinif şagirdlərindən bir qrup fəal oxucu Axundov adına milli kitabxanada ekskursiyada oldular. Kitabxana binasının daxili quruluşu, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları ilə tanış olan şagirdlər iş prosesi boyük maraq doğurdu. Şagirdlər kitabxananın sərgi zalında təşkil edilmiş “Əziz Mirəhmədov-100”, “Unudulmaz bəstəkar Q.Qarayev”, “Yaddan çıxmaz Qarabağ” və digər sərgilərlə tanış oldular. Kitabxananın nadir kitablar və kitabxana muzeyi şöbəsində qorunan unikal və minatür kitablari heyranlıqla müşahidə edən şagirdlər həmdə milli mətbuatımızın təməl daşları olan “Əkinçi qazeti” nin , “Molla Nəsrəddin” jurnalının ilk nömrələrinə baxdılar. Nümunəvi Şagirdlərimizdən K.Fidan,Q.səbinə,A.Mustafa,E.Nahidin suallarına milli kitabxananın əməkdaşları ətraflı cavab verdilər.
Milli kitabxananın not nəşrləri və səsyazmaları şöbəsi ilə tanışlıq zamanı şagirdlər Azərbaycan xalq mahnılarına qulaq asdılar və Qara Qarayevin “Yeddi Gözəl” baletindən bir parçanı dinlədilər. VII “A” sinif şagirdi S.Nərmin “Bizim Cəbiş müəllim” filimindən bəstəkar Emin Sabitoğlunun “Vals” əsərindən bir parçanı fortepionoda ifa etdi.
Şagirdlər milli kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana” ilə tanış oldular. Şagirdlərə “Açıq kitabxana” da “Mən oxudum səndə oxu”, “Kitabı kitaba dəyiş guşəsi”, ”Dövri mətbuat” və Uşaq guşəsi haqqında məlumat verilmisdir.
Burada şagirdlər “Açıq kitabxana” nın fondunda olan kitablara nəzər salmışlar. Şagirdlər kitabxana müdiri Aytən Məmmədovanın şair Əli Tudənın “seçilmiş əsərlərindən” mütaliəsini dinləmişlər. Məktəbin müəllimi Günel Ömərova şagirdlərin milli kitabxanadan xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış və gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmağını arzulamışdır.
Sonda kitabxana müdiri Aytən Məmmədova Milli kitabxananın rəhbərliyinə və əməkdaşlarına məktəb rəhbərliyi adından dərin təşəkkürünü bildirdi.