“Xocalı xalqımızın qan yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi
Məktəbin fəaliyyət planının 1.3.24 – cü bəndinə uyğun olaraq Xocalı faciəsinin 28 – ci il dönümü ilə əlaqədar “Xocalı xalqımızın qan yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir. Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 28 il zaman məsafəsi ayırır. Düşmənin məqsədi qədim Xocalını yer üzündən silmək idi. Bu amansız və qəddar soyqrım aktı insanlıq tarixin ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.