Azərbaycan dili fənni üzrə monitorinqlər davam edir.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyələrinin ölçülməsi və müəllimlər arasında əməkdaşlığın artırılması məqsədilə keçirilən tədbirlər davam edir.
Fevral ayının Azərbaycan dili və ədəbiyyat üzrə fənn aylığı olmasını və Azərbaycan dilinin buraxılış fənni olduğunu nəzərə alaraq həmin tədbirlər daha fərqli formatda keçirilir.
Mütəmadi olaraq məktəb rəhbərliyi tərəfindən keçirilən monitorinqlərin davamı olaraq məktəbin 8 “A”, 8 “B” siniflərində keçirilən monitorinqdə suallar Azərbaycan dili fənnini paralel siniflərdə tədris edən müəllimlər tərəfindən qarşılıqlı olaraq tərtib edilmişdi. IV variantda və müxtəlif standartlar üzrə hazırlanan suallar V-VIII siniflərdə tədris olunan materialları əhatə edirdi. 8 “A” sinifinin Azərbaycan dili fənnini tədris edən Eldar Məmmədvəliyev müəllimin tərtib etdiyi suallara cavabı 78 %, 8 B sinifinin cavabı isə 75 % oldu. Keçirilən monitorinqlər şagirdlərin təlim nəticələrinin düzgün qiymətləndirilməsinə müsbət təsir göstərməklə bərabər, müəllimlər arasında da əməkdaşlıq və sağlam rəqabətin yaranmasına şərait yaradır.