“Sevimli əsərim”adlı ədəb-bədii müzakirə

                 Məktəbin fəaliyyət planına uyğun olaraq mütaliə aylığı ilə əlaqədar tədbirlər silsiləsi davam edir.

Bu məqsədlə 6 “A” sinifində “Sevimli əsərim” adlı ədəbi-bədii müzakirə keçirildi. Məqsəd şagirdlərdə  kitab oxumaq vərdişini  formalaşdırmaq, dərsliklərdən əlavə bədii ədəbiyyatlardan istifadəni mütəmadi  hala gətirmək və mütaliəyə yönləndirməkdir. Şagirdlər dünya ədəbiyyatına daha çox müraciət etmişdilər. Dünya ədəbiyyatından M.Tven “Tom Soyerin macəraları”, Daniel Defo “Robinzon Kruzo” kimi əsərlər daha cox təhlil olundu. Bununla bərabər şagirdlərlə birgə Azərbaycan şifahi xalq ədəbiyyatından “Koroğlu”, Azərbaycan ədəbiyyatından, C.Məmmədquluzadənin  “Buz”, S.S.Axundovun, A.Şaiqin hekayələri, Q.Zakirin və M.Ə.Sabirin təmsilləri də müzakirə olundu.

Bu əsərlərdən çıxış edərək kitabxana müdiri Aytən Məmmədova və Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Novruzlu  ədəbiyyatın tərbiyəedici rolu haqqında şagirdlərlə maarifləndirici söhbətlər apardılar. Şagirdlərdən S.Musa ,F.Tacir, Q.Lalə, M.Nəcəf  fərqləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi